17.06.2025, 18:22
AZ EN
05.10.2023, 11:15 377

Yazıçı Məsud Əlioğlunun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün yazıçı, ədəbiyyatşünas Məsud Əlioğlunun doğum günüdür.

O, 1928-ci il oktyabrın 5-də Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutundan başlayıb. O,  27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.

Məsud Əlioğlu 100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.

Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.

Qeyd edək ki, Məsud Əlioğlu Xalq yazıçısı Əli Vəliyevin oğludur. Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Afaq Məsudun atasıdır.

Məsud Əlioğlu cəmi 44 il yaşayıb. Görkəmli yazıçı 1973-ci il iyunun 23-də Bakıda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər