21.11.2024, 23:28
AZ EN
20.09.2023, 11:57 320

Bu gün Xalq artisti Əjdər İbrahimovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün görkəmli kinorejissor, Xalq artisti Əjdər İbrahimovun anım günüdür. O, 1919-cu il aprelin 29-da Aşqabadda dünyaya gəlib. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. Burada Sergey Yutkeviç və Mixail Rommdan kinematoqrafiyanın sirlərini öyrənib.

1952-ci ildə yenidən Aşqabada qayıdıb, “Türkmənfilm” kinostudiyasında "Firuzə", "Xəzərin şərqində" və digər filmlərə quruluş verib.

Bakı kinostudiyasında işə başlayan Əjdər İbrahimov 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi "Bəxtiyar" və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi "Görüş" filmlərində ikinci rejissor olub. Quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və "Mosfilm"lə Bakı kinostudiyanın birgə istehsalı olan "Bir məhəllədən iki nəfər" filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə "Onun böyük ürəyi" filmini çəkib. Rejissorun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri lentə alınıb.

Sonralar "Mosfilm"də rejissor kimi öz fəaliyyətini davam etdirən kino xadimi "Ürək əhvalatları", "Məhəbbətim mənim, kədərim mənim" ("Azərbaycanfilm"lə birgə) filmləri ilə böyük şöhrət qazanıb.

Keçmiş ittifaqın nüfuzlu mükafatlarına layiq görülən Əjdər İbrahimov 1993-cü il sentyabrın 20-də Moskvada vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər