Tədbir iştirakçıları tamaşaçılara orijinal şeirlərlə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq və Səməd Vurğun kimi görkəmli Azərbaycan şairlərinin şeirlərini də təqdim ediblər. Musiqi blokunda Polad Bülbüloğlu, Müslüm Maqomayev və Vaqif Mustafazadənin əsərləri səsləndirilib.
İştirakçılar Azərbaycanın klassik kinosu olan “Arşın mal alan”dan miniatür, eləcə də milli Azərbaycan rəqslərini ictimaiyyətə təqdim ediblər.
Rəsmi hissənin sonunda qonaqlar Azərbaycanın milli şirniyyatlarından zövq almaq imkanı əldə ediblər. (Report)