Tədbirə Azərbaycandan dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, Türkiyədən müxtəlif qonaqlar qatılıblar.
A.Akbaşoğlu jurnalistlərə açıqlamasında bu tədbirin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
"İnsan hekayələri" sərgisi üçün çəkilən rəsmlər həm də həyat hekayələridir. Bu mənim yaradıcılığımda ilkdir. Qərbi Azərbaycan İcmasına və bütövlükdə Azərbaycan cəmiyyətinə təşəkkür edirəm".
Sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov isə sərgidə təxminən 40 rəsmin nümayiş olunduğunu söyləyib:
"İnsan hisslərinin ifadəsi olan bu rəsmlər Qərbi Azərbaycan məsələsinin aktuallığını qoruması baxımından da əhəmiyyətlidir".
Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli vurğulayıbki, sərginin "İnsan hekayələri" adlanması təsadüfi deyil:
"Bu, özündə həm də insanların yurdlarına qayıdış hüququnu ehtiva edir. Sərgi xaricdə yaşayan rəssamların yaradıcılığına da Qərbi Azərbaycan mövzusunu gətirəcək".
Sərgi aprelin 24-dək davam edəcək. (Report)