Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) və Macarıstan Azərbaycan Evinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdirilən layihə “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fonduna məxsusdur.
Sərginin açılış mərasimində Azərbaycanın Macarıstandakı səfirliyinin və ADDF-nin əməkdaşları, yerli ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.
Mərasimdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, ADDF-nin içracı direktorunun müavini Şahin Camalov və Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış ediblər. Onlar Ermənistanın 30 ilə yaxın müddətdə beynəlxalq hüquq normalarını və bəşəri dəyərləri kobudcasına pozaraq, ölkəmizə qarşı həyata keçirdiyi işğalçı, təvavüzkar, etnik təmizləmə və terrorçu siyasətinə diqqəti cəlb ediblər. Yalnız Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı parlaq qələbə nəticəsində ermənilərin azad edilmiş ərazilərimizdə tarixi-mədəni irsimizə, yaşayış məskənlərimizə, azərbaycanlıların dəfn olunduqları məzarlıqlara qarşı törətdikləri misli görünməmiş vandalizm aktlarının meydana çıxdığı nəzərə çatdırılıb. Belə vəhşiliklərin və faşizm meyllərinin bir daha təkrarlanmaması naminə erməni vandalizmini ifşa edən layihələrin həyata keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbir çərçivəsində Macarıstanda təhsil alan Ramil Şükürovun ifasında milli müsiqi əsərləri təqdim edilib.
Fotosərgi macar ictimaiyyətində xüsusi maraq doğurub. Sərginin 3 həftə ərzində nümayiş etdirilməsi nəzərdə tutulub. (diaspor.gov.az)