09.06.2025, 17:50
AZ EN
20.02.2023, 19:07 283

“Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi başlayıb

XƏBƏRLƏR
  • 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə bağlı Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edib. Qeyd edək ki, müsabiqədə yaşı 14-35 arasında olan şəxslər iştirak edə bilərlər.  

Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı qaydalar üzrə qəbul ediləcək:

İsiqamətlər:

Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur.

Müsabiqə üzrə materialların qəbulu 2023-cü il fevralın 20-dən aprelin 20-dək davam edəcək. 

Mükafat:

I yer - 1000 AZN

II yer - 800 AZN

III yer - 600 AZN

Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat.

Müsabiqənin şərtləri ilə daha yaxından tanış olmaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etmək olar.

Tel: 012-436-98-33

E-mail: mdtf.press@gmail.com

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29

Əlaqədar şəxsin nömrəsi: 055-475-87-09

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər