Bu fikirləri müsahibəsində Qarabağ Zəfərinin ildönümü münasibətilə İstanbulda keçirilən konsert proqramını izləyən İstanbulun Yeni Yüzyıl Universitetinin rektoru professor Yaşar Hacısalihoğlu ifadə edib.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan professor deyib: “Artıq hər kəsə aydındır ki, hər zaman rəhmətlə andığımız Heydər Əliyevin də kəlamında vurğuladığı kimi, biz öz sərhədləri olan iki fərqli dövlət olsaq da bir millətik, Azərbaycan və Türkiyə türkləri qardaşdırlar. 44 gün davam edən Vətən müharibəsindən sonra Türkiyə və Azərbaycan liderləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi isə bu münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi. Həmin sənəddə qeyd edildiyi kimi, Azərbaycan və Türkiyə daim birdir və onlardan birinə qarşı olan hansısa təhdid digərinə edilmiş hesab olunur. Qarabağ Zəfəri separatçı dəstələrin əli ilə idarə olunan imperialist işğala son qoydu. Bütün bunlara baxmayaraq Azərbaycan və buna bağlı olaraq Türkiyə bu gün Ermənistana sülh içində yaşamağı, bölgəmizin firavanlığına töhfə verməyi təklif edir. Bu, ilk növbədə, Ermənistan iqtisadiyyatı və erməni xalqının gələcəyi adına atıla biləcək ən uğurlu addım olar. Bütün bunları nəzərə aldıqda, sadəcə, Ermənistanın artıq üçüncü qüvvələrin oyununa gəlməməsini arzu edə bilərik”.
Türk Dövlətləri Təşkilatı ətrafında toplanan Türk dünyasının hər ötən gün daha da gücləndiyini qeyd edən rektor deyib: “Türklər olaraq bizim bütün dünyaya sülh, ədalət, hüquq normaları çərçivəsində, işğalsız, müstəmləkəsiz bir dünyanın mümkünlüyünü, bu nizamın qurulması üçün üzərimizə düşən məsuliyyəti göstərəcəyimizə əminəm”. (AZƏRTAC)