Bu barədə AYNA-dan bildirilib.
Məlumata görə, Goradil-Xırdalan və Güzdək-Bakı marşrutları üzrə müsabiqə avqustun 3-də, digər marşrutlar üzrə müsabiqə isə avqustun 4-də keçirəcək.
Marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir. (Report)