04.03.2026, 07:59
AZ EN
17.11.2025, 10:54 235

Deputat seçicilərlə növbəti görüş keçirib

XƏBƏRLƏR
  • Milli Məclisin deputatları seçicilərlə mütəmadi görüşlər keçirərək onların problemlərini dinləyir, qaldırılan məsələlərin həlli üçün aidiyyəti orqanlarla əlaqə saxlayırlar. Bu, parlament üzvlərinin seçicilərlə birbaşa təmasda olması, vətəndaş məmnunluğunun artırılması və sosial məsələlərin operativ həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da seçiçiləri ilə mütəmadi görüşlər keçirir, problemlərinin həlli yolunda onlardan yardımını əsirgəmir.

C.Məmmədovun Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində məskunlaşan seçicilərlə keçirdiyi növbəti qəbul da bu sıradandır.

Görüşdə millət vəkili vətəndaşları əvvəlcə ümumi, daha sonra fərdi qəbul edib problemlərini, düşüncələrini, qayğı və təkliflərini dinləyib.

Qaldırılan məsələlərin araşdırılması və həlli üçün qeydiyyat aparılıb. Hər bir müraciətə ayrı-ayrılıqda baxaraq, aidiyyatı qurumlar qarşısında məsələ qaldıracağı bildirilib. Deputat qeyd edib ki, sakinlərin rahatlığı və rifahı bizim üçün daim ön plandadır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər