21.11.2024, 10:37
AZ EN
20.11.2024, 17:12 134

Ağdamın 3 kəndidə bərpa işlərinə başlanır

XƏBƏRLƏR
  • Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti tikinti-quraşdırma işləri ilə bağlı üç ədəd açıq tender elan edir. Tenderlərdən biri Ağdamın işğaldan azad olunmuş Kəngərli, ikincisi Xıdırlı, üçüncüsü isə Sarıcalı kəndində qeyri-yaşayış binalarının tikintisini nəzərdə tutur.

"Vətən səsi” xəbər verir ki, hər üç kənddə həyata keçiriləcək tikinti işləri üzrə üzrə ehtimal olunan ümumi qiymət 15 milyon 478 min 625 manat təşkil edir. Ağdam rayonu Kəngərli kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri”nin satın alınması üzrə tenderdə iştirak haqqı 1500 manatdır. Tenderin ümumi dəyəri isə 6 milyon 939 manat təşkil edir. Həmin tender üzrə təkliflərin təqdim olunması dekabrın 16-da başa çatacaq.
Xıdırlı Sarıcalı və kəndlərində inşa olunacaq qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri üçün də qaydalar və şərtlər eynidir. Ehtimal olunan qiymət isə Xıdırlıda 3 milyon 395 min manat, Sarıcalıda 5 milyon 144 min manat təşkil edir.
Hər üç tender üzrə satınalma sənədlərinin qəbulu Ağdam şəhərində aparılır.

Elxan SALAHOV

Oxşar xəbərlər