23.06.2025, 06:54
AZ EN
05.07.2024, 14:52 328

Ağcabədi rayonunda Xocalı sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Ağcabədi şəhəri Yeni yaşayış massivində müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirib.  

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak ediblər.

RİH-i başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.

Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb.

Mina RƏŞİD

Oxşar xəbərlər