19.10.2024, 20:29
AZ EN
31.07.2024, 08:00 281

Laçına qayıdan sakin: Sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram

XƏBƏRLƏR
  • “Laçın bu gün azaddır. Sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram”.

Bu fikirləri Bakıdan Laçın şəhərinə yola düşən keçmiş məcburi köçkün Novruzova Afət söyləyib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi qələbə qazandığını diqqətə çatdıran N.Afət onların sayəsində doğma Laçına qayıtdığını deyib:

“Əsas odur ki, Şəhidlərin qanı yerdə qalmayıb. Vətənin hər bir qarışı bizim üçün əziz olsa da, insanın doğulub boya-başa çatdığı yer daha gözəldir. Allah şəhidlərimizə rəhmət etsin. Laçın torpağı bizim üçün müqəddəsdir. Bütün keçmiş məcburi köçkünlərin, qaçqınların tezliklə doğma ata-baba yurdlarına qayıtmalarını arzulayıram”. (Report)

Oxşar xəbərlər