Yeni Аzərbaycan Partiyası Mərkəzi Aparatının təşəbbüsü, Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən fləşmobda on min gənc iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin qarşısı - Heydər Əliyev Meydanında dünyaya sülh mesajının verilməsi məqsədilə tələbə gənclərdən ibarət “Dəmir yumruq və Sülh göyərçini” kompozisiyası yaradılıb. (AZERTAC)