28.04.2025, 15:09
AZ EN
21.07.2023, 10:58 376

"DOST"da göstərilən xidmətlərin sayı 159-a çatdırılıb

XƏBƏRLƏR
  • Ölkəmizdə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan çoxşaxəli sosial islahatlar fonunda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə yeni sosial institut olan “Himayədar ailə” konsepsiyasının daxil edilməsi ilə bu sahədə yeni mərhələyə keçidin təməli qoyulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, “DOST Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişikliyin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2023-cü il tarixli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na müvafiq xidmətlər əlavə olaraq daxil edilib.
“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na əlavə edilmiş yeni 5 xidmət nəzərə alınmaqla xidmətlərin sayı 159-a çatdırılıb. (APA)

Oxşar xəbərlər