Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub.
Bu sahədə bir çox sənədlər qəbul edilib. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il 18 iyun Azərbaycanda “İnsan hüquqları günü” kimi qeyd olunur. Bu isə müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz nümunəsidir.
Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib.
Hazırladı: Mina RƏŞİD