Hədəfimiz Qarabağ Universitetini tələbəyönümlü, elmi-təqqiqat əsaslı, yüksəkixtisaslı kadr hazırlamağa yönəlmiş çağdaş idarəetmə modeli üzərində qurmaqdır. Bu mənada gözləntilərimiz çoxdur. Əvvəla, Qarabağ Universiteti doğma Qarabağımızın quruculuq prosesində fəal rol oynamalıdır, məskunlaşma prosesinə öz töhfəsini verməlidir və regionun gələcək inkişafında mühüm rol oynayacaq yüksəkixtisaslı mütəxəssislər yetişdirməlidir. Təbii ki, bu hədəflərə çatmağın əsas yollarından biri də faydalı tərəfdaşlıqlar yaratmaqdır. Bu tərəfdaşlıqların universitetin mövcud imkanlarını daha da artıracağı qənaətindəyik”.
Tahirə AĞAMİRZƏ