22.11.2024, 18:41
AZ EN
23.04.2023, 09:25 152

Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

XƏBƏRLƏR
  • Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Əlamətdar gün 1996-cı ildən etibarən kitaba və müəlliflərə hörmət əlaməti olaraq bütün dünyada qeyd olunur.

Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilməyə başlayıb. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

Ölkəmizdə 2021-ci ildə  “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi də yaradılıb. Birliyin məqsədi daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin aparılması, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yaradılması, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında əlaqə qurulması, müstəqil kitab mağazalarının sayını çoxaltmaq, kitab sərgiləri və satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə və korrektə sahəsində birgə fəaliyyət göstərilməsi və s. məsələlərdən ibarətdir.

Mina RƏŞİD

Oxşar xəbərlər