21.09.2024, 18:53
AZ EN
21.10.2022, 19:15 153

47 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 852 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 544 nəfər müalicə olunaraq sağalıb, 9 935 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

Ölkədə son sutka ərzində 1 962, hazırkı dövrədək isə 7 301 286 test aparılıb.

 

Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinin sayı isə 608 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 265, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 85, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 217, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 905 828, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 125, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 495, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 384 553, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 655 nəfər təşkil edir.

Oxşar xəbərlər