Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarka avqustun 6-da saat 11:00-da Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin inzibati binasında keçiriləcək.
Tədbirdə işsiz və işaxtaran şəxslərə 18 müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim ediləcək.
Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək. (AZƏRTAC)