09.06.2025, 15:58
AZ EN
31.01.2023, 12:37 350

İgid kəşfiyyatçı – snayperçi

XƏBƏRLƏR

Vətənini canından əziz sevib, ona ürəkdən bağlanan oğullarımız Vətən müharibəsinə könüllü olaraq getdilər. Bu könüllülərdən biri olan Hikmət Mamedov 1988-ci ildə Kəlbəcər rayonunun Mollabayırlı kəndində anadan olub. Rayonun işğalı ilə əlaqədar olaraq Gəncə şəhərində məskunlaşıblar. Elə o vaxtdan da H.Mamedovun qəlbində qisas hissləri böyüməyə başlayır. Hikmət 1995-ci ildə Gəncə şəhər 1 saylı tam orta məktəbə daxil olub, 2006-cı ildə tam orta təhsilini başa vurub. Elə həmin ildə həqiqi hərbi xidmətə çağırılmış Hikmət 2008-ci ildə ordu sıralarından tərxis olunub. Bir neçə il müxtəlif yerlərdə işləsə də dəfələrlə könüllü kimi xidmət etmək üçün müraciət edib. H.Mamedov dedi ki, Vətən müharibəsinə 28 sentyabr 2020-ci ildə könüllü olaraq qoşulmuşam. Döyüş yolum Tərtər, Ağdərə Talış kəndi və Suqovuşan istiqamətində olub. Döyüş dostlarım Kənan Mailov, İntizam Bağırov, İbrahim Səmədov və başqaları ilə birlikdə düşmənə ağır zərbələr vurmuşuq. Onu da qeyd edim ki, Birinci Ordu Korpusunun tərkibində Ohanyan səddini keçmişik. Elə çətin günlər idi ki, hətta 18 gün mühasirə şəraitində olsaq da bir kəşfiyyatçı - snayper kimi azğın düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərmişik. Demək olar ki, döyüşlər zamanı mən özüm onlarla erməni vandalini məhv etmişəm. Hikmət Mamedov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

İsa MUSAYEV

Oxşar xəbərlər