Azad edilmiş ərazilərdə buraxılış imtahanı keçiriləcək
XƏBƏRLƏR
"Bu il işğaldan azad edilmiş ərazilərimizdəki 3 məktəbdə buraxılış imtahanı keçiriləcək".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, bu səbəbdən rayonlarda nəzarətçi müəllimlərin sayını artırmağı düşünürük. (APA)