Bu sözləri açıqlamasında Kəlbəcər şəhərinə köçən keçmiş məcburi köçkün Əhməd Məmmədov söyləyib.
Keçmiş məcburi köçkün bildirib ki, uzun illər həsrətini çəkdikləri doğma yurdlarına qayıtmaq, nəhayət nəsib oldu: “Bu günlərə çatdığımıza görə Allaha şükür edirik. Yenidən Kəlbəcər torpağını görmək, onun havasını udmaq, suyundan içmək bizim üçün ən böyük xoşbəxtlikdir”.
“İndi qayıdırıq və niyyətimiz odur ki, orada fəaliyyətimizi davam etdirək, yurdumuzu yenidən dirçəldək, ona həyat verək. Nə qədər ömrümüz varsa, onu doğma torpaqda, öz elimiz-obamızda yaşamalıyıq. Bu torpaqlar bizim keçmişimizdir, yaddaşımızdır, eyni zamanda, gələcəyimizdir",- deyə Ə.Məmmədov vurğulayıb. (AZƏRTAC)