Tədbir "Əsgər Ailəsi Cəmiyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin "Zəfərin 5 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər" layihəsi çərçivəsində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə keçirilib. Bunu
Tədbir təşkilatçısı,Qarabağ müharibə veteranı,hərbi jurnalist, "Əsgər Ailəsi Cəmiyəti"VTİB-nin sədri Roza Əliqızı bildirib.
Tədbirdə iştirak edən 1-ci-2-ci Qarabağ müharibəsi veteranları, qaziləri, şəhid ailələri iştirak ediblər.
Qazilərdən Dağbəyi Məhyəddinov, Asif Şükürov, Nurlan Əliyev, Sənan Həsənov, Yaqub Vəliyev, İmaməddin Səlimov, Türkiyədə yaşayan Azərbaycanlı "Azərbaycan Qadınları kültür dərnəyinin rəhbəri Cevahir Əhmədova, şair Elburus Əhmədov və başqaları mövzu ətrafında çıxışlar ediblər. Tədbir iştirakçıları
Sonda xatirə şəkilləri çəkdiriblər.
Tahirə AĞAMİRZƏ