İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli əvvəlcə Türkiyənin Bolu vilayətinin Kartalkaya qəsəbəsində baş vermiş yanğınla bağlı qardaş ölkənin diplomatına baş sağlığını ifadə edib.
Əziz Ələkbərli iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsinə verdiyi töhfələrə və Qərbi Azərbaycan məsələsində göstərdiyi mənəvi dəstəyə görə səfir Bağcıya təşəkkür etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Bağcı Azərbaycanda səfir kimi fəaliyyətinin onda silinməz xatirələr buraxdığını qeyd edərək, insan hüquqları məsələsi olan Qərbi Azərbaycan mövzusuna Türkiyənin həmişə dəstək verəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tahirə AĞAMİRZƏ