25.12.2024, 06:57
AZ EN
02.09.2024, 16:23 269

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

XƏBƏRLƏR
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” – Reabilitasiya Məntəqəsində bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan Məntəqədə indiyədək 1000-dən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanır.

Qeyd edilib ki, Məntəqədə əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə də təmin edilir. Ötən dövrdə “RehaPoint” – Reabilitasiya Məntəqəsində əlilliyi olan şəxslərə 500-dək reabilitasiya vasitəsi verilib. (APA)

Oxşar xəbərlər