Bunu Füzuli sakini Feyziyev Elnur söyləyib.
“Bu gün isə 46 yaşımda məmləkətimizə dönürük. Allah şəhidlərimizə rəhmət etsin, valideynlərinə səbir versin. Qazilərimizə cansağlığı diləyirəm. Prezident İlham Əliyevə bu xoşbəxt günü bizə yaşatdığına görə minnətdarlığımızı bildiririk. Bundan sonra xoş günlərimizi el-obamızda keçirəcəyik, inşallah”, - o qeyd edib.
Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınacaq. (Report)