16.04.2024, 08:56
AZ EN
15.01.2023, 14:15 206

Sülhməramlılara aid daha 7 yük avtomobili Laçın yolundan maneəsiz keçib

XƏBƏRLƏR
  • Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 35-cü gündür ki, davam edir. Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 7 yük maşını Laçından Xankəndinə maneəsiz keçib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. ("Trend")

Oxşar xəbərlər