19.11.2025, 18:09
AZ EN
05.11.2025, 17:09 110

Keçmiş məcburi köçkünlərin müavinət ödənişləri üçün 285 milyon manat ayrıldı

XƏBƏRLƏR
  • Gələn ilin dövlət büdcəsində keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətlərin ödənilməsi məqsədilə ayrılan vəsaitin məbləği məlum olub.

"Vətən səsi" xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. O, qeyd edib ki, gələn ilin dövlət büdcəsində keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285 milyon manat vəsait nəzərdə tutulub.

Nazir müavini gələn il sosial sahələr üzrə ayrılması nəzərdə tutulan büdcə xərcləırini də açıqlayıb. Onun sözlərinə görə, 2026-cı ildə ölkədə müavinət və təqaüdlərin ödənilməsi üçün 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə isə 60 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb

Elxan SALAHOV

 

Oxşar xəbərlər