22.11.2024, 05:20
AZ EN
06.01.2023, 17:51 227

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüş keçirilib

XƏBƏRLƏR

Bu gün  Qubadlı rayon icra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu ilə bir qrup rayon ziyalılarının görüşü keçirildi. Görüşdə Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər. Görüş zamanı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra Qubadlı rayonu haqqında ümumi məlumat verib. Bildirilib ki, Qubadlı rayonu kənd təsərrüfatı rayonudur və gələcəkdə də kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdir.

Görüşdə çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev tədbir iştirakçılarının fikirlərini dinlədi və bildirib ki, Qubadlı rayonunda ilkin olaraq Zilanlı, Mahruzlu və Xanlıq kəndlərinin layihəsi artıq hazırdır, yaxın zamanda həmin kəndlərin bərpasına başlanılacaqdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR