13.07.2025, 05:16
AZ EN
20.12.2022, 12:30 429

Azərbaycanın ilk filosof qadını

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın görkəmli filosofu, ilk qadın fəlsəfə elmləri doktoru Mirzəyeva Şükufə Şamil qızının doğum günüdür.

Professor Şüküfə xanım 1925-ci il dekabrın 20-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1944-cü ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda başlayıb. O, Azərbaycan xalqının estetik fikir tarixi və estetikanın problemləri ilə məşğul olub. Onun bədii, ədəbi-tənqidi və incəsənətə dair bir sıra əsərləri var. Estetika tarixi və nəzəriyyəsinə dair tədqiqatların müəllifidir.

Professor Şükufə Mirzəyeva 1980-ci il oktyabrın 9-da 54 yaşında Bakıda vəfat edib.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR