10.10.2025, 23:46
AZ EN
10.10.2025, 07:31 216

Alxanlı kəndində səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev Alxanlı kəndində səyyar qəbul keçirib. Səyyar qəbulda rayon prokuroru Ramiz Əliyev, Füzuli Rayon Polis Şöbəsinin rəisi Zaur Abbasov, RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak edib.

Səyyar görüşdə Füzuli RİH başçısı Alı Alıyev ölkəmizin dünya arenasında qazandığı böyük nüfuzdan, 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasından, azad olunmuş ərazilərdə aparılaın tikinti-quruculuq işlərindən və həmin işlər vasitəsilə əhalinin məşğulluğunun təmin edilməsindən bəhs edib.

Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib və onları narahat edən problemlərlə bağlı qanunanmüvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər