22.12.2024, 17:47
AZ EN
14.12.2022, 11:42 365

Arzuları çin olan qazimiz

XƏBƏRLƏR
  • Şanlı qəhrəmanlıq tariximizə nəzər saldıqca nə qədər çətin, qanlı-qadalı səhifələr olsa da, biz öz tarixi keçmişimiz və bu günümüzlə fəxr etməkdə haqlıyıq. Tarixin bütün fırtınalarından çıxmağı bacaran, öz varlığını qoruyub saxlayan, müstəqilliyini və gələcəyini təmin edərək dövlətini də quran Azərbaycan xalqı bü çətin yolları öz qəhrəman övladları sayəsində qət edə bilmişdir.

Elə gözlərimiz önündə baş verən 44 günlük Vətən müharibəsi də dediklərimizə əsl sübutdur. 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks həmləyə keçən ordumuz düşmənin və onun havadarlarının arzularını gözündə qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Bu savaşda şəhidlik zirvəsinə yüksələn, qazi olan oğullarımız əsil tarix yazdılar. Belə igidlərimizdən biri də əslən Cəbrayıl rayonunun Mehdili kəndindən olan Gülməmmədov Eldost Akif oğludur. O, 23 avqust 1999-cu ildə Sabirabad rayonundakı Qalağayın çadır şəhərciyində doğulmuşdur. Axtaçı Muğan kəndindəki orta məktəbin I sinfinə gedən Eldost ailəsi ilə birlikdə 2007-ci ildə Biləsuvar rayonu ərazisindəki Cəbrayıl şəhərciyinə köçmüş, orta təhsilini burada başa vuraraq 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. E.Gülməmmədov deyir ki, lap uşaq vaxtlarımdan qəlbimdə bir fikir formalaşmışdı ki, doğma yurd yerlərimizin azad edilməsində mən də iştirak edəcək, canımı və qanımı əsirgəməyəcəm. Elə buna görə də 2019-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsinə könüllü yazılan Eldost oktyabrın 1-dən döyüşə atılıb. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Laçın dəhlizi istiqamətindəki döyüşlərdə igidlik göstərib. Döyüş dostları Əvəzli Zahir Vətən oğlu, Allahverdiyev Sahib Əlabbas oğlu, Firudinli Firudin Ceyhun oğlunun da döyüş yolundan söz açan qəhrəmanımız 6 noyabrda səhər saatlarında başından ağır yaralanıb, sonrakı hadisələri xatırlaya bilmir. Lakin gözlərini hospitalda açıb və öyrənib ki, açıq beyin əməliyyatı keçirilib və sağ kəllə sümüyü plastikdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» və «Laçının azad olunmasına görə» medalları ilə təltif edilib.

İsa MUSAYEV

Oxşar xəbərlər