09.06.2025, 18:12
AZ EN
15.11.2022, 14:28 428

Şəhid övladları Türkiyədə “Kosmik Düşərgə”də iştirak edəcəklər

XƏBƏRLƏR
  • "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən verilən məlumata görə, Vətən Müharibəsi şəhidlərinin övladlarından ibarət məktəblilər 17-20 noyabr tarixlərində Azərkosmosun təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azerbaijan Airlines - AZAL-ın dəstəyi ilə Türkiyənin İzmir şəhərində yerləşən “Kosmik Düşərgə”də (Space Camp) iştirak edəcəklər. “Kosmik macəra” adlı interaktiv proqrama qatılacaq məktəblilər üçün elm və texnologiyaya aid təlimlər, kosmosa aid fundamental biliklər və kosmik simulyasiyalara dair sessiyalar keçiriləcək.

Qeyd edək ki, bu “Kosmik Düşərgə” dünyanın ikinci, Türkiyənin ilk və yeganə kosmik düşərgəsidir. Kosmik və elm təhsili mərkəzi olaraq “Kosmik Düşərgə” gəncləri elm, riyaziyyat və texnologiya sahələrində karyera qurmağa həvəsləndirməyə yönəlib. “Kosmik düşərgə”də həyata keçirilən bütün fəaliyyətlər STEAM təhsil standartlarına uyğun təşkil edilir. İnteraktiv, kosmosla əlaqəli simulyasiyalar vasitəsilə həm gənclər, həm də böyüklər dinamik, əyləncəli mühitdə ünsiyyət, komanda işi və liderlik haqqında öyrənirlər.

Mina RƏŞİD

Oxşar xəbərlər