Bunu Laçın sakini Sevgiladə Məmmədova deyib.
Onun sözlərinə görə, bizə bu sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində, cəsur, mərd, igid oğlanlarımızın igidliyi nəticəsində biz öz doğma torpaqlarımızı qazandıq, suverenliyimiz əldə olundu.
“Mən Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can-sağlığı diləyirəm. Laçını tərk edən vaxtı 41 yaşım var idi. İndi isə artıq 73 yaşında öz doğma yurduma qayıdıram. Qalan ömrümü öz torpaqlarımızda yaşayacağıq", - deyə o bildirib. (Trend)