04.03.2026, 02:43
AZ EN
10.02.2026, 09:00 236

Tural nişanlı idi...

XƏBƏRLƏR
  • Turalın anası deyir ki, avqustun 25-i mənim ad günüm idi. Balam bizi restorana apardı. Elə orada da bizə ürəyini açdı. Onu nişanladıq. Bəy otağını da bəzəmişdim, gəlib görmədi...

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Tural Bayramlının doğum günüdür. O, 10 fevral 1996-cı ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində Ədil Qarayev və Əfruz Qarayevaların ailəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi. 2002-2013-cü illərdə Cəbrayıl rayon Dağ Tumas kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində iştirak edib və şücaətlər göstərib. 2016-cı ildə hərbi xidmətini başa vurub. Elə həmin il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq xidmətə başlayıb.

Tural Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Tural Bayramlı 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.   

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Bayramlı ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər