01.08.2025, 20:21
AZ EN
04.06.2025, 09:36 282

Lökbatan qəsəbəsində Şuşa sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov əhalinin problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şuşa rayon əhalisinin müvəqqəti məskunlaşdığı respublikanın müxtəlif rayonlarında mütəmadi olaraq səyyar görüşlər keçirir.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şuşa Rayon İcra Hakimiyyəti başçısının rayon əhalisi ilə növbəti səyyar görüşü keçirilib. Görüş zamanı çıxış edən icra başçısı Bayram Səfərov ölkəmizin bütün bölgələrində, o cümlədən, Şuşa rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışdı və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etdi.

Bayram Səfərov mayın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin və Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirakının Mədəniyyət paytaxtımız Şuşanın əvvəlki simasının bərpa edilməsi yolunda atılan növbəti mütərəqqi addım olduğunu bildirdi.

Səyyar görüşdə sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma və digər məsələlərlə əlaqədar problemləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olundu, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər