Bu fikirləri bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Gültəkin Qaraşova deyib.
O, qeyd edib ki, eyni zamanda Xocalınını bəzi sakinlərinin yurda qayıdış gününü görməməsindən təəssüflənir: “Kədərlənirəm, ona görə ki, bəzi insanları orada görməyəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının əllərindən öpürəm”.
“Doğma torpaqlarımıza qayıdırıq. Allah br daha gənclərimizə ağır günləri yaşatmasın. Düşmənlərimiz həmişə xar olsunlar, sevinməsinlər”, - Gültəkin Qaraşova əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 137 nəfər köçürüləcək. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 341 nəfərə çatacaq. (Report)