20.10.2024, 09:44
AZ EN
08.11.2022, 12:50 178

“Tank” ləqəbli qəhrəman

XƏBƏRLƏR
  • 8 noyabr şəhidimizinhəm doğum, həm də anım günü, həm də Zəfər günümüzdür. Yaşasaydı, o da Zəfər bayramımızda iştirak edəcəkdi... Əslində, edəcək, təkcə o deyil, qanı-canı bahasına bu qələbəyə nail olan bütün şəhidlərimiz Zəfərimizi izləyəcək, özü də ən uca zirvədən Haqq dərgahından... Qələbənin səsi, qulaqlarında əks-səda oldu... Qanı axıb yerdə gölməçələnsə də, Gözlərini rahat yumdu, ruhu nigaran qalmadan əbədi məkanına yön aldı Şəhid balamız...

Ad günündə şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Xəyyam Əzimov 1995-ci il noyabrın 8-də Neftçalada anadan olub. Ailədə iki qardaş olublar. 2002-ci ildə Neftçalada giminaziya məktəbinə daxil olan Xəyyam itbidai təhsilini bitirdikdən sonra humanitar təmayüllü liseydə təhsil alıb. Uşaq vaxtı riyaziyyatı çox yaxşı bilsə də, 8-ci sinifdə oxuyanda valideynlərinə deyir ki, zabit olmaq istəyir.

Elə bu arzuyla da 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur, 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirir. Lytenant rütbəsi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətə başlayır. 2020-ci ildə baş leytenant rütbəsinə yüksəlir. Bir neçə ölkədə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə bitirir. Gürcü, rus, erməni dillərini mükəmməl öyrənir. Dağ təlimlərindən qayıdan dostu və döyüş yoldaşı Ramiqlə birgə evlərinə gedir. Heç kimin ağlına gəlmir ki, bu, onun son görüşüdü. Uşaqlığının keçdiyi küçələri saatlarla gəzir, sanki ürəyinə damır ki, bir daha bu gücələrə dönə bilməyəcək.

Vətən müharibəsi başlayanda Xəyyam Əzimov da XTQ zabiti kimi döyüşlərə qatılır. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir. Xeyli sayda erməninin canlı qüvvəsini və texnikasını məhv edir. Döyüş yoldaşları deyir ki, Xəyyam əzimov həm peşəkarŞ həm də mehriban bir zabit idi ki, silahdaşları, əsgərləri ilə qardaş kimi davranırdı. Xəyyamın da olduğu döyüşçülərdən ibarət qrup Füzuli və Xocavənd istiqamətində  ermənilərlə ağır döyüşlərə girirlər. Bir neçə uğurlu əməliyyatlarda iştirak edən baş leytenant ermənilərin diversiya qrupunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstərir. Oktyabrın 29-dan Şuşaya kimi komandirliyi Xəyyam edir. Şuşanın uca dağlarına dırmaşıb Şuşanı yağı düşməndən azad etmək arzusunda olan Xəyyam Əzimov 50-dən çox ermənini bir gecədə məhv edir. Döyüş yoldaşları Xəyyamı “tank kimi döyüşçü” adlandırır. Döyüş yoldaşı Amil Cavadov danışır ki, Həşimov Tarzan ağır yaralanmışdı. Onu geri çıxarmaq üçün atəş altında idik, çox çətin vəziyyət idi. Xəyyam Əzizov böyük cəsarət elədi, bir komandir olaraq, hazırda xidmətdə olan bir yoldaş var, onunla bir yerdə Tarzanı oradan çıxardılar. Növbəti dəfə Xəyyam öz qrupu ilə Xocavənddə silahdaşlarını mühasirədən çıxarır. Ən son döyüş meydanı olan əlçatmaq Şuşa şəhərinin azad olunmasında əsl qəhrəmanlıq nümayiş etdirir.  Sonuncu dəfə oktyabrın 29-da ailəsi ilə danışır. Noyabrın 6-da döyüş tapşırığını yerinə yetirilməsi zamanı ayağından ağır yaralanır. Lakin döyüş bölgəsindən təxliyə edilməsinə razı olmayaraq ağır döyüşlərə girir və mübarizəsini sona kimi davam etdirəcəyini deyir.

Atası Əli Əzimov deyir ki, ayağı yaralı vuruşub, mən onu eşitmişəm, ayağı yaralı, cinahı yaralı vuruşurmuş. Ermənilər görürmüşlər ki, bunlar yıxılır, yenə də durub onların üstünə gedirlər. Deyirmişlər, “bunlar necə adamdır, bunlar necə insandırlar?”.. Qəhrəmanımızın atası əlavə edir ki, ad günündə, noyabrın 8-də dedim ki, bəlkə, bu zəng edər mənə. Həmişə zəng edib ad günündə. Amma ad gününü heç  sevməzdi. İşdən gəldim, gözlədim, gözlədim, gördüm yox...

Xəyyam Əzimov noyabrın 8-də həm ad günündə, həm də Zəfər günündə şəhidlik zirvəsinə ucalır. Ailəsi Xəyyamın şəhid olduğunu iki gün sonra öyrənir. Baş leytenat Xəyyam Əzimovun nəşi doğulduğu Neftçalaya gətirilir və böyük izdiham və ehtiramla dəfn edilir. O, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni,  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təıltif edilir.

Allahdan nur üzlü şəhidimizə rəhmət diləyirik!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər