Bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Afət Əhmədova deyib.
“Bir zamanlar Cəbrayıl üçün çox darıxırdım. İndi arzularım da çoxaldı. Yurduma övladlarımla qayıdıram. İnşallah orada böyüyəcəklər. Onlar Cəbrayıl barədə çox məlumatlıdırlar. Uşaqlarıma Cəbrayıl barədə çox danışmışam. Ən böyük arzuları orda böyüməkdir. Biri həkim, digəri polis olacaq. Vətənim üçün 3 əsgər böyüdürəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”, - o qeyd edib. (Report)