Qubadlı rayonunun Xanlıq kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib.
Trend-in bu barədə yaydığı məlumata görə, Elnur Qurbanovun idarə etdiyi traktor hərəkətdə olarkən aşıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin qoşqusunda olan Rasim Rəhmanov traktorun altında qalaraq həlak olub.
Faktla bağlı Qubaqlı rayon prokurorluğunda araşdırma aparılır.