18.12.2024, 16:00
AZ EN
14.05.2022, 12:15 173

“Şuşa İli”nə UNEC töhfəsi - “Xəzinə” sərgisi

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin müəllimi Aynur Rzayevanın “Şuşa İli”nə həsr olunan “Xəzinə” adlı rəsm sərgisinın açılışı olub.

Muzeydən bildirilib ki, sərginin açılışında çıxış edən rektor Ədalət Muradov gənc müəllim Aynur Rzayevanın rəsm əsərlərinin ötən il İqtisadi Forumda nümayiş olunduğunu bildirərək, həmin əsərlərin Nobel mükafatı laureatı Əziz Səncərin xüsusi marağına səbəb olduğunu deyib. Müəllif tərəfindən “Şərq ulduzu” adlı əsərin alimə hədiyyə olunduğunu diqqətə çatdırıb. Rektor Aynur Rzayevanın yüksək pedaqoji keyfiyyətlərindən söz açaraq onu təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Sərgidə iştirak edən tanınmış incəsənət xadimləri rəssamın yaradıcılığından, onun əsərlərinin unikallığından söz açıb, natürmort janrına bu cür fərqli yanaşmanın yeni olduğunu bildiriblər. Onlar xalça mövzusunun silsilə əsərlərin kompozisiyasının dominantına çevrilməsi faktına ilk olaraq Aynur Rzayevanın yaradıcılığında rast gəlindiyini deyiblər.

“Xəzinə” adlı fərdi rəsm sərgisində xalqımızın milli mədəniyyətinin bir parçası olan Azərbaycanın məşhur xalçalarına müraciət olunub. Müəllifin ikisi Şuşa xalçası olmaqla, Şirvan, Quba, Şəki, Bakı, Şabran, Naxçıvan, Qazax, Gəncə xalçaları və natürmort janrını əks etdirən 30 əl işi nümayiş etdirilir.

Oxşar xəbərlər