14.02.2026, 22:56
AZ EN
14.02.2026, 08:00 105

Laçın sakinlərinin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Bakı şəhəri, Nərimanov rayonu, Qafur Rəşad küçəsi 20 ünvanında, həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib. 

38 nəfər laçınlı keçmiş məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən icra başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən danışıb.

Səyyar qəbulda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Sonda rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR