İcra başçısı Prezidentin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, azad olunmuş torpaqlarımızda aparılan quruculuq-bərpa işləri barədə vətəndaşlara ətraflı məlumat verib.
Rayon sakinləri bundan əvvəlki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına və rayon rəhbərinə öz təşəkkürlərini bildiriblər.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərlə bağlı sakinlərə müvafiq izah verilərək onların araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti tapşırıqlar verilib.
Mina RƏŞİD