18.12.2024, 21:05
AZ EN
12.01.2024, 14:09 357

İndiyədək Füzulidə 5,4 milyon manatlıq tender keçirilib

XƏBƏRLƏR

İşğaldan azad olunmuş Füzuli rayonunda indiyə qədər müxtəlif dövlət qurumları tərəfindən ümumi həcmi 5 milyon 407 min 606 manat olan tenderlər keçirilib.

"Vətən səsi" xəbər verir ki, 2020-ci ilin əvvəlindən 2023-cü ilin sonunadək olan müddətdə keçirilən tenderlərin say etibarilə ən çox qalibi olan şirkət "Art-Proje" MMC-dir. Belə ki, bu şirkət göstərilən müddət ərzində Füzuli rayonunda 4 dövlət qurumunun keçirdiyi tenderin qalibi seçilib. Həmin tenderlərin ümumi məbləği isə 465 min 232 manat təşkil edir.

Bu sıralamada növbəti yerləri "Uğurlu İnşaat" MMC , "Sqs Group" MMC , Ağdam Melioservis İdarəsi və  "Tiim" MMC şirkətləri tutur. Adı çəkilən sahibkarlıq subyektlərinin hər biri Füzulidə keçirilən 3 tenderin qalibi olub. Başqa şirkətlər isə rayonda dövlət qurumları tərəfindən keçirilmiş 2 və daha az tenderi uda biliblər.

Məbləğ baxımından Füzulidə ən byöük tender sifarişlərini "Uğurlu İnşaat" MMC alıb - 734 904 manat. "Uğurlu İnşaat" MMC-nin udduğu tenderin ümumi məbləği 734 min 904 manat, "Sqs Group" MMC-nin 528 min 382 manat, Ağdam Melioservis İdarəsinin 525 min 281 manat, "Tiim" MMC-nin udduğu məbləğ isə 207 min 538 manat olub.

Xatırladaq ki, bu tenderlərin böyük əksəriyyəti Füzuli Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilib. Tender əsasında iş və xidnətləri satın alan təşkilatlar arasında Rayon Mərkəzi Xəstəxanası, Füzuli Müalicə Diaqnostika Mərkəzi, Rayon Kommunal Müəssisələr Kombinatı və Füzuli Rayonu İcra Hakimiyyəti də var.

Elxan SALAHOV

Oxşar xəbərlər