“Vətən səsi” xəbər verir ki, Dövlət Vergi Xidmətindən keçmiş məcburi köçkünün sualını belə cavablandırıb:
- Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür və bu fəsildə nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə tətbiq edilir.
Buna əsasən, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.
Əsas: Vergi Məcəlləsinin 226.1-ci və 226.2-ci maddələr
Elxan SALAHOV