07.02.2026, 08:22
AZ EN
20.12.2025, 14:18 133

Professor Aysel Sadak İltaş: Heydər Əliyev insanlara dəyər verirdi, hər kəsin qəlbinə yol tapa bilirdi

XƏBƏRLƏR
  • Mən Prezident İlham Əliyevlə 1991-ci ildə Naxçıvanda ovaxtkı Türkiyə lideri Süleyman Dəmirəl və dahi Heydər Əliyevin iştirakı ilə görüşlər çərçivəsində tanış olmaq şərəfinə nail olmuşam. Sonralar Prezident, Ali Baş Komandan İlham Əliyevin qatıldığı tədbirlərdə dəfələrlə iştirak etmişəm.

Bu barədə tanınmış türk jurnalisti, professor Aysel Sadak İltaş Ankarada Jurnalistlər Cəmiyyətinin tədbirində çıxış edərək danışıb.

A.S.İltaş dərin hörmət əlaməti olaraq Azərbaycan liderinə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “İnsan Yüreği ilə Haydar Baba” kitabını göndərdiyini qeyd edib.

Professor Azərbaycan Prezidentinin cavab olaraq ona göndərdiyi təşəkkür məktubunu yüksək qiymətləndirərək, sənədin surətini ona təqdim edən ölkəmizin Türkiyədəki səfirliyinin əməkdaşlarına minnətdarlığını bildirib. “Hər bir insanın həyatında son dəqiqəyə qədər xatırladığı anlar olur. Mənim üçün bu anlardan biri, şübhəsiz ki, Prezident İlham Əliyevin təşəkkür məktubunu almağımdır”, - deyə Azərbaycan dövlətçiliyinin memarı haqqında kitabın müəllifi bildirib.

A.S.İltaş qeyd edib ki, kitabın yazılması prosesində Azərbaycan xalqının dahi oğlu ilə şəxsən tanış olan insanlarla yüzlərlə görüş keçirib. “Heydər Əliyev insanlara dəyər verən, hər kəsin qəlbinə yol tapa bilən dövlət xadimi idi”, - deyə professor qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər