17.12.2025, 12:12
AZ EN
17.12.2025, 07:58 152

İcra başçısı Dördüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyəti başçısı Alı Alıyev Dördüncü Zobucuq qəsəbəsində səyyar qəbul keçirdi. Səyyar qəbulda RİH-in məsul əməkdaşları və xidmət-təşkilat rəhbərləri iştirak etdilər.

Füzuli RİH başçısı Alı Alıyev keçirilən səyyar qəbulların bütün yaşayış məntəqələrini əhatə etdiyini bildirdi və əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.
Səyyar qəbul zamanı qəsəbə sakinlərinin müxtəlif mövzularda müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənildikdən sonra qanunamüvafiq izahatlar və aiddiyyəti üzrə tapşırıqlar verildi.

Mina RƏŞİD

Oxşar xəbərlər