Bu fikirləri Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev deyib.
O, həmçinin gələcək barədə düşüncələrini də bölüşərək deyib: “Qarşıdakı dövrdə doğma torpağımızda əkinçiliklə, biçinçiliklə, heyvandarlıqla məşğul olmağı, öz zəhmətimizlə yaşamağı düşünürük. İnanırıq ki, hər şey çox gözəl olacaq. Çünki bura bizim öz yurdumuz, öz doğma torpağımızdır. İnsan hər zaman öz yurdunda, doğma torpağında daha rahat dolanar, daha gözəl ömür sürər”. (AZƏRTAC)