12.12.2025, 20:45
AZ EN
08.12.2025, 17:00 204

Nazir müavini: Azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları tamamən SCADA sisteminə qoşulub

XƏBƏRLƏR
  • Kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması ilə bağlı ilkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsidir. Vahid elektrik doldurma xidməti platforması da demək olar ki, 2025-ci ildə yaradılıb.

Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, digər bir məsələ "Azərişıq" çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bundan əlavə bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər.

“Azərenerji”də artıq 143 obyekt SCADA rəqəmsal sisteminə qoşulub. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri Günəş elektrik stansiyası, digərləri isə 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalardır. Eyni zamanda, burada 40-a yaxın sistemdə mikro-SCADA yaradılıb və ana sistemə, makro-SCADA-ya qoşulub ki, nəticə etibarilə son beş il ərzində fiber-optik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş ərazilərdə olan kiçik su elektrik stansiyaları demək olar ki, tamamən SCADA sisteminə qoşulub”, - deyə nazir müavini bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər