31.07.2025, 00:10
AZ EN
26.09.2024, 15:16 337

Şəhid övladları Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini ziyarət ediblər

XƏBƏRLƏR
  • “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Böyük Qayıdış Gənclər Təşkilatının təşkilatçılığı, Ağdam, Füzuli, və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlik və Azərbaycan Respublikasının Gənslər Fondunun dəstəyi ilə keçirilən "Xarıbülbül" payız düşərgəsinin iştirakçıları olan şəhid övladları Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Ziyarət zamanı düşərgə iştirakçıları rəssamlıq, rəngkarlıq və dulusçuluq kimi müxtəlif incəsənət növləri barədə məlumat əldə edərək öz əl işlərini hazırlayıblar. Şəhid övladlarının hazırladığı bu əl işləri sonda incəsənət mərkəzinə hədiyyə olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər